Şükürbəyliyə köçənlərə evlərinin açarları təqdim edilib - YENİLƏNİB  

14:51 25.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç olub.

Hafta.az xəbər verir ki, Şükürbəyli kəndinə növbəti köç karvanı ilə çatan ailələrə fərdi yaşayış evlərinin açarları təqdim edilib. Açarların təqdim olunması mərasimində aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Ailələr yeni evlərində məskunlaşıblar.

Qeyd edək ki, bu mərhələdə Şükürbəyli kəndinə 7 ailə, ümumilikdə 28 nəfər köçürülüb. Köçürülənlər müxtəlif ərazilərdə müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.

08:24

Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə növbəti köç

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Xankəndi şəhərinin Kərkicahan, Xocavənd rayonunun Hadrut qəsəbələri, Cəbrayılın Şükürbəyli, Şuşanın Böyük Qaladərəsi, Xocalının Ballıca, Badara və Xanabad, Ağdərənin Çıldıran, Vəngli və Həsənriz kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Hafta.az xəbər verir ki, bu mərhələdə Kərkicahan qəsəbəsinə 8 ailə - 34 nəfər, Hadrut qəsəbəsinə 4 ailə - 15 nəfər, Şükürbəyliyə 7 ailə - 28 nəfər, Böyük Qaladərəsinə 3 ailə - 14 nəfər, Ballıcaya 2 ailə - 7 nəfər, Badaraya 2 ailə - 5 nəfər, Xanabada 2 ailə - 5 nəfər, Həsənrizə 13 ailə - 53 nəfər, Çıldırana 13 ailə - 53 nəfər, Vəngliyə isə 4 ailə - 23 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.